Keyfiyyət

Cəmi 4 tərkib

Biz balığa heç nə əlavə etmirik – sadəcə ona vaxt, duz və əsl his veririk.

  1. 01Balıq
  2. 02Duz
  3. 03Ədviyyat
  4. 04Alman ağac yonqarları
Heç vaxt:
  • Konservant
  • Maye tüstü
  • Boya
AQTA Qida Təhlükəsizliyi Reyestrində qeydiyyatlı qida obyektiReyestr № T26070700001 · Balıq məhsullarının istehsalı və emalı

Premium yonqarlar

Almaniyadan gətirilən, balıq üçün xüsusi seçilmiş ağac yonqarları.

Tüstü filtri

Tüstüdəki qatran və qurum süzülür – yalnız təmiz dad qalır.

Laboratoriyada yoxlanılıb

Məhsullarımız dövlət laboratoriyasında yoxlanılıb.

Vakuum qablaşdırma

Dad və təzəlik qorunur: 0…+4 °C-də 30 gün.

Proses

Kürdən süfrəyə beş addım

  1. 01

    Seçim

    Hər partiya gözlə yoxlanılır. İşə yalnız təzə, düzgün saxlanılmış xammal gedir.

  2. 02

    Təmizləmə

    Balıq əl ilə təmizlənir, yuyulur və kəsilir – fileyə, tikələrə və ya bütöv halda.

  3. 03

    Duzlama

    Yalnız duz və ədviyyat. Heç bir konservant, heç bir gücləndirici.

  4. 04

    Hisə vermə

    Almaniyadan gətirilən premium yonqarlar. Tüstü qatran və qurumdan süzülür. Balığa görə isti və ya soyuq his.

  5. 05

    Vakuum

    Dərhal vakuum qablaşdırılır – dad, ətir və təzəlik içəridə qalır.

Mənşə

Haradan gəlir?

Əksər balığımız Azərbaycandandır – Kür və Xəzər. Bəzi növləri etibarlı tədarükçülərdən gətiririk.