Haqqımızda
Ailə işi, ömürlük ehtiras
Atam uzun illər dənizçi olub – Rusiya ilə Yaponiya arasındakı soyuq sularda. Balığı kitablardan deyil, dalğaların arasında tanıyıb.
Bir axşam Mingəçevirdə, Kür sahilində balıq yedim. Sadə süfrə, çayın səsi, axşam mehi… Elə o an anladım: bu dadı hamıya çatdırmaq istəyirəm – və bunu atamla birlikdə etməliyəm.
Belə yarandı BY FISH: bir ailə işi, bir ömürlük ehtiras. Atamın dəniz təcrübəsi, alman ağac yonqarları və Kürün dadı.
Konservant yoxdur. Maye tüstü yoxdur. Boya yoxdur. Yalnız balıq, duz, ədviyyat və əsl his.
SEA THE DIFFERENCE
Bizi nə fərqləndirir
Ailə
Ata və oğul – hər partiyaya şəxsən cavabdehik.
Təbiilik
Balığa heç nə əlavə etmirik, yalnız his və vaxt.
Ustalıq
Dəniz təcrübəsi və alman hisə vermə ənənəsi.